Sənay Qəhrəmanlıya təcavüzdə şübhəli bilinən şəxsin şikayəti təmin olunmadı

Xəbərlər

28.10.2021 - 16:54

Həkimlər Klinikalar SEO Xidməti

Məhkəməsinin qərarı ilə Əsgər Ağayev barəsində 4 ay həbs qətimkan tədbiri seçilib

Bakı Apellyasiya Məhkəməsində Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlıya cinsi təcavüzdə şübhəli bilinərək həbs edilən Əsgər Ağayevin barəsində seçilmiş həbs qətimkan tədbirindən verdiyi şikayətə baxılıb.

AYNA xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib və birinci intansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, S. Qəhrəmanlı xalası oğlu Ə.Ağayev tərəfindən zorlandığı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Müraciət əsasında Ə.Ağayev barəsində Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Ə.Ağayev barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş