“Hörmüz boğazı nə qədər bağlı qalsa, İran bir o qədər güclənəcək"
“ABŞ İranla mümkünsüz razılaşma əldə etməyə çalışır”. AYNA.AZ “NBC News”a istinadən xəbər verir ki, bu sözləri ABŞ senatoru Lindsi Qrem deyib.
Senator deyib: "Düşünürəm ki, hazırkı vəziyyət hamımız üçün zərərlidir. Hörmüz boğazı nə qədər bağlı qalsa, heç vaxt baş verməyəcək bir razılaşma əldə etməyə nə qədər çox çalışsaq, İran bir o qədər güclənəcək".
Qrem ABŞ Prezidenti Donald Trampı İslam Respublikasını "daha da zəiflətmək" üçün İrana qarşı hərbi əməliyyatları davam etdirməyə çağırıb.
Bundan əvvəl İrandakı Xatəm əl-Ənbiya hərbi komandanlığının Mərkəzi Qərargahının sözçüsü polkovnik İbrahim Zülfəqari ABŞ-ın Fars körfəzinin cənubundakı bütün hərbi bazalarını məhv etməklə hədələmişdi.