Şəmkirdə narkokuryer saxlanılıb

Xəbərlər

23.08.2024 - 17:48

cedabet dərman SEO Xidməti

Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Şəmkirdə narkokuryer saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Qeyd olunub ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakini S. Həmzəyev saxlanılıb. Həmin şəxsdən 11 kq 650 qram marixuana aşkarlanıb.

Araşdırmalarla zamanı S. Həmzəyevin maddi gəlir qarşılığında narkokuryerlik etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş