Şəmkirdə avtomobillər toqquşub, ölən və xəsarət alanlar var

Xəbərlər

17.05.2024 - 23:32

cedabet dərman SEO Xidməti

Xəstəxanaya çatdırılan yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir

Bakı-Qazax magistral yolunun Şəmkir rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi olub.

AYNA-nın "Report"a istinadən məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, dörd nəfər xəsarət alıb.

Belə ki, 1955-ci il təvəllüdlü Zülfüqar Əliyev vəfat edib. Şəmkir rayon sakinləri, 2001-ci il təvəllüdlü Əmrah Vəliyev, 1990-cı il təvəllüdlü Asif Əliyev, 1995-ci il təvəllüdlü Bayram Zeynalov və 1988-ci il təvəllüdlü Röyal Sadıqov isə müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya çatdırılıb, birinin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş