Şəmkirdə 17 yaşlı oğlan Kürdə batıb

Xəbərlər

01.09.2024 - 17:41

cedabet dərman SEO Xidməti

Hadisə Kürün Qaranüy kəndi ərazisindən keçən hissəsində qeydə alınıb

Şəmkirdə bir nəfər Kürdə batıb. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Kür çayının rayonun Qaranüy kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Əraziyə xilasedicilər, polis və təcili tibbi yardım briqadası cəlb olunub.

Kürdə batan şəxsin rayonun Çaparlı kənd sakini 2007-ci il təvəllüdlü Ələkbərov Yaqub Elbrus oğlu olduğu bildirilir.

DİN-in Mətbua Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə Kür çayının rayon ərazisindən keçən hissəsində bir nəfərin batması ilə bağlı məlumat daxil olub. Hazırda polis əməkdaşları həmin əraziyə cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş