“Semaşko”nun direktoru vəzifəsindən azad olunub

Xəbərlər

14.07.2020 - 18:31

1 saylı Kliniki Tibbi Mərkəzdə yeni təyinat olub

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") direktoru Dadaşov Ədalət İmamcan oğlu öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Bu barədə AYNA-ya TƏBİB-dən məlumat verilib. 

 

TƏBİB-in İdarə Heyəti sədrinin digər müvafiq əmri ilə Tibb üzrə fəlsəfə doktoru Qafarov İlham Heydər oğlu Xəstəxananın direktoru, Məsimov Hüseyn Məcid oğlu isə direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyin edilib.

Müəllif: Ayna.az