Piyada aldığı xəsarətlərdən vəfat edib
Dekabrın 10-u saat 17:50 radələrində Şəki şəhəri ərazisində Samir Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 1970-ci il təvəllüdlü Abduləzizova Arzu Səməd qızını vurub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya bildirilib ki, piyada aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.