Şəkidə evdə yanğın olub

Hadisə

20.10.2024 - 21:41

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın zamanı xəsarət alan olmayıb

Şəkidə 6 otaqlı fərdi yaşayış evində yanğın olub. AYNA-nın APA-ya istinadən məlumatına görə, axşam saatlarında Şəki şəhəri H. Sarabski küçəsində Akif Süleyman oğlu Hacıbabayevə məxsus ümumi sahəsi 615 kv/m olan kürsülü birmərtəbəli 6 otaq, şüşəbənd və eyvandan ibarət fərdi yaşayış evinin mətbəx hissəsində yanğın baş verib.

Yanğın söndürülməsi üçün hadisə yerinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində evin mətbəxinin yanar konstruksiyaları və içərisində olan əşyalar qismən yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş