Şəki polisi koronavirusla bağlı tədbirləri davam etdirir

Xəbərlər

13.10.2020 - 13:58

cedabet dərman SEO Xidməti

Polislər sürücülərlə maarifləndirici söhbətlər aparıblar

 

Şəkidə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən qabaqlayıcı tədbirlər gücləndirilib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, yol polisi əməkdaşları rayon ərazisində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparıblar. Şəhərdaxili marşrut avtobuslarında, taksilərdə sərnişinlərin sosial məsafə saxlaması, tibbi maskadan istifadə etməsi, həmçinin şəffaf arakəsmələrin quraşdırılmasının vacibliyi onların diqqətinə çatdırılıb.

 

Bəzi hallarda sürücülərin normadan artıq sərnişin götürməsi, həmçinin mövcud tələblərə riayət etməməsi yoluxma hallarının daha da artmasına səbəb olduğu vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş