Şəhid hərbçimiz dəfn olunub

Xəbərlər

26.04.2021 - 11:28

Hüseyn Xəlilov Nardaran qəsəbəsində torpağa tapşırılıb

 

Altı ay komada qaldıqdan sonra dünən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseyn Xəlilov dəfn edilib. AYNA bildirir ki, şəhidimiz doğulduğu Nardaran qəsəbəsində torpağa tapşırılıb.

 

H.Xəlilovla vida mərasimində Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi və yaxınları iştirak ediblər.

 

Qeyd edək ki, H.Xəlilov Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində doğulub. O, Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Altı ay komada qalandan sonra aprelin 25-də şəhidlik zirvəsinə ucalıb.

Müəllif: Ayna.az