Rəfiqə Məmmədova Daş Salahlı qəbiristanlığında torpağa tapşırılıb
Birinci Qarabağ müharibəsinin şəhidi Fidat Məmmədovun anası Rəfiqə Məmmədova vəfat edib. AYNA xəbər verir ki, Rəfiqə ana bu gün dünyasını dəyişib.
Şəhidin anası bu gün yaşadığı Qazax rayonunun Daş Salahlı kəndininin qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində kənd sakinləri, rayon və kənd icra nümayəndələri iştirak ediblər.
Allah rəhmət eləain!
Qeyd edək ki, şəhid F.Məmmədov 5 dekabr 1959-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1978-ci ildə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmət edib.
F.Məmmədov 1993-cü il yanvar ayının 5-də Ağstafa rayonunun Köhnə Qışlaq kəndində Qələmçə yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəliydi, 1 qız, 2 oğul yadigar qalıb.
Şəhidimizin göstərdiyi qəhrəmanlıq dövlət tərəfindən də qiymətləndirilib. F.Məmmədov Azərbaycan Prezidentinin 9 oktyabr 1994-cü il tarixli Fərmanı ilə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub. Bu gün doğulduğu Daş Salahlı kəndində mərkəzi küçə şəhid Fidat Məmmədovun adını daşıyır. Küçənin mərkəzində şəhidin barelyefi vurulub.