Kapitana məxsus materiallar AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib
Vətən müharibəsi şəhidi, kapitan Əsəd Həsənova məxsus materiallar AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib. Bu barədə AYNA-ya muzeydən məlumat verilib.
Əsəd Həsənov 1988-ci il aprelin 16-da İmişli rayonunun Şahverdili kəndində anadan olub. O, Vətən müharibəsi zamanı oktyabrın 1-də Ağdam rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. İmişli rayonunda dəfn olunub. Mələk adında 3 yaşlı qızı və Hüseyn adında 2 yaşlı oğlu ondan yadigar qalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əsəd Həsənov “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib (ölümündən sonra).