"YAŞAT" Fondu əməliyyat xərclərini üzərinə götürüb
"YAŞAT” Fondu yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir.
Fonddan AYNA-ya verilən məlumata görə, qazi Tofiq Musaxanlının, şəhid İsmayıl Salmanovun anası Yeganə Hüseynovanın əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.