Səhər saatlarında Bakı metrosunda problem yaranıb

Xəbərlər

16.07.2024 - 09:44

cedabet dərman SEO Xidməti

Bakı metrosunda qatarların hərəkəti 4 dəqiqə yubanıb

“Bakı Metropoliteni” QSC-nin "Dərnəgül" stansiyasında maşinist monitorunda qapıların bağlanmaması üzrə işarə sistemi işə düşüb.

AYNA bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, maşinist vaqon qapısını yoxladıqdan sonra idarəetmə sistemini yanlışlıq göstərdiyi üçün əlavə texniki baxış keçirilməsi zərurəti yaranıb. Xətdə hərəkətin təşkilinə maneə yararmamaq üçün həmin qatar digər qatarların hərəkət etmədiyi stansiya yoluna keçirilib. Əlavə baxış keçirilib və proqram təminatı yenidən yoxlanılıb.

Ümumən intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.

Qatar baxış keçirildikdən sonra hər hansısa problem müəyyən olunmadığı üçün yoluna davam edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş