Səfirlik: “Vensin Şəhidlər Xiyabanını ziyarəti...”

Xəbərlər

11.02.2026 - 11:42

“...Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsidir”

"Bu gün ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və ikinci xanım Uşa Vens Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad etdilər". AYNA.AZ xəbər verir ki, bu sözlər ABŞ-ın Azərbaycandakı səfirliyinin "X" hesabındakı paylaşımda əksini tapıb.

"Vens ailəsinin bu ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsi olmaqla yanaşı, anım mədəniyyətinin, insan ləyaqətinin və sülhün vacibliyini bir daha vurğuladı", - paylaşımda bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş