Səfir: “Türkiyə qardaş Azərbaycana dəstəyini davam etdirəcək”

Xəbərlər

03.05.2021 - 16:58

Cahit Bağçı: “Türkiyə Qarabağın qısa zamanda bərpa olunması üçün əlindən gələni əsirgəməyəcək”

 

“Azərbaycan və Türkiyə xalqları 30 il idi ki, Qarabağ acısını qəlblərində daşıyırdılar. Qarabağın erməni işğalından azad edilməsində Türkiyə Azərbaycana qardaşlıq borcunu yerinə yetirdi”. AYNA xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı deyib.

 

Səfir bildirib ki, Vətən müharibəsi zamanı Azərbaycan xalqı yanında Türkiyə kimi qardaşı olduğunu bir daha gördü.

 

“Türkiyə bundan sonra da qardaş Azərbaycana dəstəyini davam etdirəcək. Türkiyə Qarabağın qısa zamanda bərpa olunması üçün əlindən gələni əsirgəməyəcək”, - səfir qeyd edib.

Müəllif: Ayna.az