DİN məlumat yayıb
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 14-də Tovuz rayon Mərkəzi Xəstəxanasının tibb bacısı S. Ələkbərova gəlir əldə etmək məqsədi ilə vətəndaşlara saxta COVID-19 pasportu verdiyi üçün saxlanılıb.
Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib. Faktla bağlı araşdırma aparılır.