"Sarvansız zamanlar" işıq üzü görüb

Xəbərlər

27.11.2021 - 11:49

Həkimlər Klinikalar SEO Xidməti

Kitabda müxtəlif janrlarda yazılmış əsərlər yer alıb

Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar İttifaqının üzvü, dosent Sadıq Qurban oğlu Qarayevin üçüncü kitabı- "Sarvansız Zamanlar" çap edilib. 

“Sarvansız zamanlar” Sadıq Qarayevin üçüncü əsəridir. Müəllifin bundan əvvəlki “Sahilsiz təzadlar” və “Sahibsiz kölgələr” əsərləri elmi-fəlsəfi və dedektiv janrda yazılmış irihəcmli romanlar olub. 

“Sarvansız zamanlar” kitabında altı fəsildən ibarət, müxtəlif janrlarda yazılmış əsərlər yer alıb. I fəsil hekayələr və esselərdən ibarətdir. Burada Sadıq Qarayev janr, üslub və mətn quruluşu baxımından yeniliklər yaratmağa nail olub. Müəllifin “Bir yazı yazmaq istəyirəm”, “Mövcudluq şükranlığı” esseləri poeziyanın nəsrlə vəhdətinin nümunəsidir. 

II fəsildə müəllifin müxtəlif elmi, fəlsəfi və ictimai düşüncələrini bədii təxəyüllə təsvir edən yazıları, III fəsildə sadə, mənalı, bəzi hallarda aforizm səviyyəsində səslənə biləcək fikirləri yer alıb. 

IV fəsildə müəllifin müsahibələri və publisist məqalələri oxuculara təqdim edilib. “44 gün” adlanan V fəsil isə Qarabağda tarixi qələbəmizə həsr edilib. Buradakı “And”, “Aləmlərin söhbəti”, “Zoriyə gecikmiş məktub” yazıları üslub, məna və milli dəyərlər baxımından tariximizə, bu günümüzə və qələbəmizə, bayrağımıza, vahid azərbaycançılıq məfkurəsi nöqtəsindən mənalı və əhəmiyyətlidir. VI fəsildə müəllifin müxtəlif vaxtlarda yazdığı şeirlər toplanıb. Kitaba Akademik İsa Həbbibəyli ön söz, Professor İsmayıl Kazımov rəy yazıb. 

Sadıq Qarayevin “Sarvansız zamanlar” kitabında oxuculara təqdim olunan elmi və bədii əsərləri nəticə etibarilə ölkəmizdə xalqımızın müstəqillik dövrünün çətinliklərindən, müharibə sınaqlarından uğurla çıxa bilməsinin əsas səbəbinin gənc dövlətimizin qüdrətli və uzaqgörən sükançılarının olması ilə əlaqələndirilib. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş