Bu qərarın əsaslandırılması partiya qurultayında təqdim olunacaq
Ermənistan Respublika Partiyası 7 iyun 2026-cı il tarixinə təyin olunmuş parlament seçkilərində birbaşa iştirak etməyəcək. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, qərar 1 apreldə, partiyanın icra orqanının iclasında qəbul edilib. İclasda partiyanın parlament seçkilərində iştirakı müzakirə olunub.
Hərtərəfli təhlildən sonra bu seçkilərdə birbaşa iştirak etməmək qərarı verilib.
Bu qərarın əsaslandırılması, eləcə də partiyanın növbəti addımları 4 aprelə təyin olunmuş 18-ci partiya qurultayında təqdim olunacaq.
Qeyd edək ki, sözügedən partiyanın rəhbəri Ermənistanın sabiq Prezidenti, Xocalı qatillərindən olan Serj Sarkisyandır.