Santuş AFFA-dan 4 milyon dollar təzminat tələb edir

İdman

08.09.2025 - 16:12

Portuqaliyalı təzminatın məbləğində güzəştə getmək fikrindən uzaqdır

Azərbaycan millisinin istefaya göndərdiyi baş məşqçisi Fernandu Santuşun AFFA-dan istədiyi təzminat bəlli olub.

AYNA.AZ “Sportinfo”ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis AFFA rəsmilərindən 4.5 milyon avro təzminat tələb edib.

Vaxtilə ölkəsinin millisində işləmiş məşqçi təzminatın məbləğində güzəştə getmək fikrindən uzaqdır və bunu federasiya rəsmilərinə açıqca söyləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş