Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib

Xəbərlər

30.04.2024 - 14:19

Əməliyyat nəticəsində mərkəzin rəhbər şəxslərindən saxlanılanlar var

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirib.

AYNA APA-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində mərkəzin rəhbər şəxslərindən saxlanılanlar var.

Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat təsdiqlənib. Bildirilib ki, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az