Samuxda 200 hektar seyrək meşəlik məhv edilib - FOTOLAR

Xəbərlər

11.08.2025 - 19:36

Məhv edilən yerlər hazırda tərk edilmiş kimi görünür

Samux rayonunun  Qırmızı Samux kəndi yaxınlığında 200 hektar seyrək meşəlik, yulğunluq məhv edilib. AYNA.AZ xəbər verir ki, bu barədə “Ekofront” Hərəkatı məlumat yayıb.

Hərəkat bunu “növbəti meşə qırğını” adlandırıb və fotoları yayıb.

“Qırmızı Samux kəndi yaxınlığında Kür qırağında təxminən 200 hektar seyrək meşəlik, yulğunluq məhv edilib. Bu yerlərin həssas təbiəti selqoruyucu özəllikləri var”.

Məlumatda deyilir ki, məhv edilən yerlər hazırda tərk edilmiş kimi görünür və ot örtüyü qayıtmağa başlayıb: “Yenidən dağıdılmasa meşənin bərpası on illər vaxt alacaq. Bu cinayət araşdırılmalı və səbəbkarlar cəzalandırılmalıdır”.

Samuxda 200 hektar seyrək meşəlik məhv edilib - Samuxda 200 hektar seyrək meşəlik məhv edilib -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş