Şamaxıda 4 bal gücündə zəlzələ olub

Hadisə

10.01.2026 - 22:18

Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib

Şamaxı rayonunda zəlzələ olub. AYNA.AZ xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, Pirqulu stanasiyasından 9 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, Pirqulu, Şamaxı, Çuxuryurd, Avaxıl, Qızmeydanı, Qaleybuğurd və ətraf kəndlərdə 4-3 bala qədər hiss olunub.

Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş