Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Hadisə

12.04.2024 - 00:40

Piyada xəstəxanaya çatdırılarkən yolda keçinib

Salyanda avtomobil piyadanı vuraraq öldürüb. AYNA-nın “Report” məlumatına görə, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Qarabağlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd sakini, 1993-cü il təvəllüdlü Qurbanov Cavad Mehdi oğlu yolu keçmək istəyən zaman avtomobil onu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az