“Ölümünə ilkin səbəb kimi hipotoniya qeyd olunub”
Salyanda 11 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, Salyan şəhər sakini 2015-ci il təvəllüdlü E.N. yüksək hərarətlə xəstəxanaya daxil olub.
Azyaşlının xəstəxanada inyeksiyadan şoka düşərək öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Salyan Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, dünən saat 17:30 radələrində 2015-ci il təvəllüdlü şəxs (kişi) ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "Dəqiqləşdirilməmiş hiperqlikemiya diaqnozu ilə azyaşlıya zəruri tibbi xidmətlər göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 5 yanvar saat 04:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Ölümünə ilkin səbəb kimi hipotoniya qeyd olunub. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib".