Salvadorda yağışlar 19 nəfərin ölümünə səbəb olub

Dünya

22.06.2024 - 16:32

Həkimlər Klinikalar SEO Xidməti

Ölkə ərazisində 15 gün müddətinə fövqəladə vəziyyət elan edilib

Salvadorda güclü yağışlar 19 nəfərin ölümünə səbəb olub. AYNA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Qeyd olunub ki, yağan güclü yağışlar nəticəsində torpaq sürüşmələri qeydə alınıb və nəticədə bir neçə yaşayış binası uçub.

Ölkədə hava xəbərdarlığı qırmızı rəng şkalasında təqdim olunub. Salvador Konqresi isə bütün ölkə ərazisində 15 gün müddətinə fövqəladə vəziyyət elan edib.

İyunun 13-dən etibarən Salvadorda 40-dan çox sürüşmə qeydə alınıb. Səlahiyyətlilər təxminən 880 nəfəri təxliyə etməyə məcbur olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş