Şair Ramaldanovun polkovnik qardaşının qızı qəzada ölüb

Hadisə

15.12.2025 - 01:04

Qəza nəticəsinfə 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Ehtiyyatda olan polkovnik Şair Ramaldanovun qardaşı, polkovnik Elman Ramaldanovun ailə üzvləri Qusar rayonu,Yuxarı Ləgər kəndində avtomobil qəzasına düşüblər.

AYNA.AZ xəbər verir ki, bu barədə hərbi-ekspert, polkovnik Üzeyir Cəfərov sosial media hesabında yazıb.

Qəza nəticəsində polkovnikin qızı, 36 yaşlı  Tamilla Ramaldanova və ailənin yaxın üzvlərindən biri olan 43 yaşlı Cəmilə Bağırova faciəli şəkildə dünyalarını dəyişiblər.

Ailə üzvlərindən daha 4 nəfəri isə müxtəlif bədən xəsarətləri alıblar.

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş