Şahzadə Filip dəfn edilib - <font color=red> FOTOLAR</font>

Dünya

17.04.2021 - 20:21

Həkimlər Klinikalar SEO Xidməti

Şahzadə Filipp aprelin 9-da vəfat edib

 

Böyük Britaniya Kraliçası II Elizabetin mərhum həyat yoldaşı, Edinburq hersoqu şahzadə Filip Vindzor qəsrinin Müqəddəs Georgi kilsəsində dəfn edilib.

 

AYNA TASS-a istinadən xəbər verir ki, tabutu Kraliça və şahzadənin oğulları, nəvələri, həmçinin kral ailəsinin digər üzvləri və mərhum şahzadənin saray əməkdaşları müşayiət edib.

 

Müqəddəs Georgi kilsəsi qarşısında keçirilən kiçik mərasim zamanı mərhum bir dəqiqəlik sükutla yad olunub.

 

Mərasim Britaniya televiziyası ilə nümayiş olunub.

 

Qeyd edək ki, Şahzadə Filipp aprelin 9-da yüz illik yubileyinə iki ay qalmış 99 yaşında vəfat edib. O, kraliça II Elizabet ilə 73 il evli olub. Onun 4 övladı, 8 nəvəsi və 10 nəticəsi var.








Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş