Şahin Şıxlinski Rusiyada axtarışa verilib - FOTO

Xəbərlər

30.07.2025 - 12:54

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri DİN-in axtarışda olan şəxslər siyahısına daxil edilib

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib. AYNA.AZ rus mediasına istinadən bildirir ki, Şıxlinski Rusiya Daxili İşlər Nazirliyinin (DİN) rəsmi məlumat bazasında axtarışda olan şəxslər siyahısına daxil edilib.

Bildirilib ki, diaspor lideri Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarılır.

Xatırladaq ki, iyulun 17-də Rusiya KİV-də Ş.Şıxlinski barədə federal axtarış elan edilməsi ilə bağlı məlumatlar dərc olunub. Məlumata görə, Şahin Şıxlinski hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunur.

Qeyd edək ki, Ş.Şıxlinski iyulun 1-də Yekaterinburq şəhərində sərt şəkildə saxlanılıb, daha sonra sərbəst buraxılmışdı. Saxlanma zamanı hüquq-mühafizə orqanı əməkdaşlarından biri xəsarət alıb. Hadisə ilə bağlı Şıxlinskinin oğlu Mutvala Şıxlinski saxlanılıb və hazırda barəsində hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə maddəsi ilə cinayət işi açılıb. O hazırda həbsdədir.

Şahin Şıxlinski Rusiyada axtarışa verilib -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş