Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüb. AYNA xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova və Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan arasında görüş Cenevrədə baş tutub.
Görüş parlament sədrlərinin VI Ümumdünya Konfransının hazırlıq komitəsinin iclası çərçivəsində mümkün olub.
Xatırladaq ki, martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü olmuşdu.