Sahibə Qafarova Bəhreyn Krallığına səfər edib

Xəbərlər

25.01.2026 - 13:32

Milli Məclisin sədri Asiya Parlament Assambleyasının 16-cı Plenar Sessiyasının açılış mərasimində iştirak edəcək

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA-nın) 16-cı Plenar Sessiyasının açılış mərasimində iştirak etmək üçün Bəhreyn Krallığına səfərə gəlib.

Milli Məclisdən AYNA.AZ-a verilən məlumata görə, Bəhreyn Beynəlxalq hava limanında Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli bin Saleh Əl-Saleh, Bəhreyn Nümayəndələr Şurası sədrinin birinci müavini Abdulnabi Salman Ahmed, Nümayəndələr Şurası sədrinin ikinci müavini Ahmed Abulvahed Qarata, Nümayəndələr Şurasının komitə sədrləri Mahmud Merza Farda, Ahmed Sabah Al-Salloom, Hasad Eid Buxammas, Mamdooh Abbas Al-Saleh, Mohamed Moosa Mohamed, deputat Zainap Abdulameer Xalil və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarovanın Assambleyanın 16-cı sessiyasında çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.

Sahibə Qafarova Bəhreyn Krallığına səfər edib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş