Şahbuzda minaatan mərmi aşkarlanıb

Xəbərlər

02.06.2024 - 19:00

cedabet dərman SEO Xidməti

Sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb

Şahbuz rayonu Daylaqlı kənd ərazisində sursat aşkar edilib. AYNA xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar nazirliyin minalardan təmizləmə üzrə pirotexnik qrupu hadisə yerinə cəlb edilib.

Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 82 mm-lik minaatan mərmisi olduğu müəyyən olunub.

Sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş