Şagirdlərin yerdəyişməsinə başlanılır

Xəbərlər

25.02.2026 - 11:26

Yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları və 1-10-cu sinifləri əhatə edəcək

Fevralın 25-i saat 15:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarısı üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv olacaq. AYNA.AZ xəbər verir ki, yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları və 1-10-cu sinifləri əhatə edəcək.

Şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsilə elektron formada həyata keçirilir.

Qeyd edək ki, fevralın 25-dən 11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 9-cu sinif üzrə yerdəyişmə prosesi martın 5-i saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş