“Fenerbahçe” prezidenti məhkəmə nəzarəti altında azadlığa buraxılıb
Ötən gün narkotik testi pozitiv çıxdığı səbəbi ilə saxlanılan Türkiyənin "Fenerbahçe" futbol klubunun prezidenti Sadettin Saran bu gün sərbəst buraxılıb. Bu barədə AYNA.AZ Türkiyə mediasına istinadən bildirir.
Qeyd olunub ki, məhkəmə binasına gətirilən S.Saran iki saat ərzində ifadə verib.
Klub prezidenti məhkəmə nəzarəti altında azadlığa buraxılıb.
Saran həftədə iki dəfə, bazar ertəsi və cümə axşamı günləri polisdə imza atmalı olacaq.