Sabunçuda sursatlar aşkarlanıb

Xəbərlər

22.06.2025 - 21:32

cedabet dərman SEO Xidməti

Sursatlar çevik qrupun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-dən AYNA.AZ-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra aşkar edilmiş sursatların 1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 55 ədəd 5,45 millimetrlik mərmi və 1 ədəd AK-74 avtomatının darağı olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş