Sabunçu rayonunda 4 nəfərin meyiti tapılıb

Xəbərlər

22.02.2025 - 22:12

Həkimlər Klinikalar SEO Xidməti

Bakının Sabunçu rayonunda 4 nəfərin meyiti tapılıb. AYNA Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. İki qonşunun meyiti evlərində aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılanların ötən gecə başqa iki nəfərlə birlikdə yeyib-içdiyi məlum olub. Dərhal digər iki nəfərin evinə gedən əməliyyatçılar həmin şəxslərin də öldüyünü müəyyən ediblər.

Hadisə ilə bağlı istintaq qrupu yaradılıb. Müvafiq ekspertizalar təyin edilib.

APA-nın əldə etdiyi məlumata görə, onların spirtdən zəhərləndiyi ehtimal olunur. İlkin məlumata görə, kimliyi məlum olmayan şəxslər bir yerdə texniki spirt qəbul edib.

Onların yeyib-içdikləri yerdən texniki spirt qabları tapılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş