Şabranda yol tikintisinə 1,1 milyon manat ayrılıb

Xəbərlər

05.08.2021 - 16:34

Həkimlər Klinikalar SEO Xidməti

Prezident tədbirlər haqqında Sərəncam imzalayıb

 

Prezident İlham Əliyev Şabran rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (6 km)–Padar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 

AYNA xəbər verir ki, Sərəncama əsasən Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (6 km)–Padar avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 1,1 milyon (bir milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

 

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş