Məktəbli şəkər xəstəliyindən əziyyət çəkirmiş
Şabranda 6-cı sinif şagirdi Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
AYNA-nın APA-ya istinadən xəbər verir ki, rayonun Əmirxanlı kənd tam orta məktəbinin 6-cı sinif şagirdi, 2012-ci il təvəllüdlü Əliyev Rəhim Pənah oğlu tibb müəssisəsində dünyasını dəyişib.
Məktəblinin şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.