Dalğıc-xilasedicilər axtarışlara cəlb olunublar
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sabirabad rayonu, Məmişlər kəndində 1 nəfərin kanalda batması barədə məlumat daxil olub.
FHN-dən AYNA-ya bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.