Sabirabadda avtomobillər toqquşub, ölən var

Xəbərlər

02.01.2024 - 20:55

Nəbi Hüseynovun həyatını xilas etmək mümkün olmayıb

Sabirabadda bir nəfərin ölümcül yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Minbaşı-Qarağac yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil “Hyundai” markalı avtomobillə toqquşub. Qəza nəticəsində rayonun Azadkənd kənd sakini 1998-ci il təvəllüdlü Hüseynov Nəbi Bəxtiyar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Həkimlərin səyinə baxmayaraq, N. Hüseynovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş