Sabirabadda ağır qəza olub: 3 nəfər ölüb

Hadisə

27.11.2024 - 10:59

Həkimlər Klinikalar SEO Xidməti

Avtomobillərdə sıxılıb qalmış meyitlər FHN əməkdaşları tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər

Sabirabadda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların kimliyi məlum olub. AYNA-nın APA-ya istinadən məlumatına görə, ölənlər Sabirabad rayonunun Minbaşı kənd sakini, 1992-ci il təvəllüdlü Umudov Samir Qurbanəli oğlu, Həşimxanlı kənd sakini, 1993-cü il təvəllüdlü Abuzərova Salatın Rəhman qızı, Minbaşı kənd sakini, 1971-ci il təvəllüdlü Hacıyev Manaf Poladxan oğludur.

Yaralılar Çölbeşdəli kənd sakini, 1986-cı il təvəllüdlü Hüseynov Sakit Rəvan oğlu, 2017-ci il təvəllüdlü, Umudov Əli Samir oğlu və 2016-cı il təvəllüdlü Umudova Nuray Samur qızı Şirvan xəstəxanasına yerləşdiriliblər.

Avtomobillərdə sıxılıb qalmış meyitlər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş