Sabirabadda 14 kiloqram narkotik aşkarlanıb

Xəbərlər

05.03.2026 - 11:59

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 25 yaşlı A.Kərəmova Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a verilən məlumata görə, ondan 14 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş