Allahverdi Həsənov dünyasını dəyişib
Şərur rayonunun sabiq polis rəisi, Ali Sovetin deputatı, polis polkovnik-leytenantı Allahverdi Həsənov vəfat edib. AYNA.AZ bildirir ki, bu barədə onun yaxınları məlumat yayıb.
A.Həsənov bu gün 75 yaşında dünyasını dəyişib.O, 1990-cı illərdə Naxçıvanda erməni hücumlarına qarşı müdafiənin təşkilində mühüm rol oynayıb. A.Həsənov SSRİ-nin saxlanmasının əleyhinə səs vermiş 43 istiqlalçı deputatdan biri olub.