Sabiq Baş Nazirin 83 yaşlı əmisi orduya könüllü yazılıb - <font color=red> FOTO</font>

Xəbərlər

19.07.2020 - 19:49

cedabet dərman SEO Xidməti

Tofiq Hüseynov Azərbaycan Xalq Partiyasının lideri Pənah Hüseynin əmisidir

 

Sabirabad rayon Qaraqaşlı kənd sakini, 1937-ci il təvəllüdlü Tofiq Hüseynov könüllü orduya yazılıb. AYNA-nın xəbərinə görə, bu barədə “Facebook”da məlumat yayılıb.

 

O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsində qeydiyyatdan keçib. 83 yaşlı T. Hüseynovun bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla və rəğbətlə qarşılanıb.

 

O, Kuba, Vyetnam və Rusiya hərbi hissələrində 3 il 8 ay təcrübə qazanıb. Tofiq Hüseynovun 48 il müəllim stajı da var. T.Hüseynovun oğlanları və nəvələri də könüllü şəkildə orduya yazılıblar.

 

Qeyd edək ki, Tofiq Hüseynov Azərbaycan Xalq Partiyasının lideri, sabiq Baş Nazir Pənah Hüseynin əmisidir.

Pənah Hüseynin 83 yaşlı əmisi könüllü orduya yazıldı - FOTO

undefined

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş