Sabahın havası: yağış yağacaq, şimşək çaxacaq

Xəbərlər

27.05.2025 - 15:56

cedabet dərman SEO Xidməti

Bakıda 28, bölgələrdə 33 dərəcə isti gözlənilir

Mayın 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata  görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 27-dən 28-nə gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Gecə 17-19° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45 % olacaq.

Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılar kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş