Sabahın havası: yağış yağacaq

Xəbərlər

04.04.2025 - 14:42

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda 20, bölgələrdə 25 dərəcə isti gözlənilir

Aprelin 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Gecə 10-13° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Gecə 9-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş


Noldu, Tramp?

Dünən, 15:42 Siyasət