Yanvarın 23-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
Yanvarın 23-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Gecə və gündüz 1-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 774 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85% olacaq.
Rayonlarda bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi ərazilərdə gecə və səhər yolların buz bağlama ehtimalı var.