Sabahın havası: Bakıda 26 dərəcə isti olacaq

Xəbərlər

17.04.2024 - 13:07

Rayonlarda 28 dərəcə isti gözlənilir

Aprelin 18-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Gecə 9-14° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-55 % olacaq.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir duman olacaq. Mülayim şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək. Gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 18-23° isti olacaq.

Müəllif: Ayna.az