Sabahın havası: 32 dərəcə isti gözlənilir

Xəbərlər

20.06.2024 - 13:41

Həkimlər Klinikalar SEO Xidməti

Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var

Azərbaycanda iyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Səhər arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Gecə 20-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Rayonlarda bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 20-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-23° isti olacaq.

Müəllif: Ayna.az