Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

10.11.2025 - 14:45

Bakıda 20, bölgələrdə 24 dərəcə isti olacaq

Noyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.

Gecə 12-15° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Gecə 8-13° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-4° isti, gündüz 10-15° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş